Ən çox qazanan yazıçılar məlum oldu

Baxış sayı: 2. 637 dəfə baxılıb.

Ən çox qazanan yazıçılar məlum oldu

“Forbes” jurnalı il ərzində ən çox qazanan yazıçılar və onların aldığı qonorarların məbləğini açıqlayıb.

ÇıxışYolu.Com adıçəkilən nəşrə istinadən xəbər verir ki, 11 qələm adamından ibarət reytinqə müfəttiş Aleks Korss personajı haqqında detektiv roman silsiləsi ilə məşhur olan amerikalı yazıçı Ceyms Patterson başçılıq edir.

Patterson təkcə bir il ərzində 90 milyon dollara yaxın gəlir götürüb.

Britaniyalı milyonçu qadın yazar Coan Roulinq ABŞ-ın “qorxu və triller” janrının kralı sayılan Stiven Kinqi sıxışdıraraq, ikinci yerə yüksəlib. “Harri Poter” franşizasının müəllifi son il ərzində 55 milyon dollar varlanıb.  

Üçlüyü isə Stiven Kinq tamamlayır. Daha çox “O” trilleri hesabına 27 milyon dollar gəlir götürüb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!