Tanınmış jurnalist və yazıçı Tom Vulf 87 yaşında dünyasını dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Mənbənin məlumatına görə, Vulf ölümündən bir müddət əvvəl adı açıqlanmayan infeksiya ilə əlaqədar Nyu-York xəstəxanasına yerləşdirilmişdi.
Tom Vulf ABŞ jurnalistikasında “müasir jurnalizm cərəyanının” banilərindən sayılır.