Ən qədim insan məskənlərindən biri aşkarlandı

Ən qədim insan məskənlərindən biri aşkarlandı

Baxış sayı: 2. 412 dəfə baxılıb.

Beynəlxalq tədqiqat qrupu Filippində naməlum arxaik insanların düşərgəsini aşkarlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, tapıntı barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Düşərgənin 709 min il  əvvəl mövcud olduğu təxmin edilir. Arxeoloqlar qazıntı sahəsində daşdan hazırlanmış 57 alət, həmçinin üzərində xəsarət izləri olan heyvanların o cümlədən kərgədan və steqodonun sümüklərini aşkarlayıb.

Bundan əvvəl regionda Homo soyunun ən qədim izi Kalyo mağarasında aşkarlanmış sümük idi. Həmin sümüyün eramızdan 65 min il əvvəl yaşamış insana məxsus olduğu müəyyən edilmişdi.

Yeni tapıntı insanların arxaik əcdadlarının Cənub-Şərqi Asiyada məskunlaşdığını və okean cərəyanları ilə Çin və Tayvan ərazisindən adalara köçdüyünü göstərir. Onların flores və ya denisov soyundan olduğu güman edilir.

.
www.ÇıxışYolu.Com