Ən yüksək dartıcı qüvvəsi olan mühərrik yaradıldı

Ən yüksək dartıcı qüvvəsi olan mühərrik yaradıldı

Baxış sayı: 3. 504 dəfə baxılıb.

ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Mask çox istifadəlik “BFR” (Big Falcon Rocket) raketinin hazırlanması prosesində əldə olunan son nailiyyətləri ictimaiyyətə bölüşüb. Söhbət dünyanın ən yüksək dartıcı qüvvəyə malik “Raptor” mühərrikindən gedir.

ÇıxışYolu.Com xəbər verir ki, aparılan son sınaqların nəticələri haqqında məqalə “New Space” jurnalında dərc olunub.

Biznesmen maye metan və oksigenlə çalışan “Raptor” mühərrikinin sınağının uğurlu şəkildə həyata keçirildiyini bildirib.

Maskın sözlərinə görə, “BFR” raketinin güc aqreqatı dünyada bu vaxta kimi istehsal olunmuş mühərriklər arasında ən yüksək dartıcı qüvvəyə malik olacaq. 42 əsas sınağın gedişində “Raptor” mühərriki ümumilikdə 1200 saniyə ərzində işlədilib.

Ən uzun müddətli sınaq 100 saniyə çəkib. Halbuki Marsa kosmik aparatın enməsi üçün cəmi 40 saniyə tələb olunur.

.
www.ÇıxışYolu.Com