Əqli qüsurlu sevgilisini öldürdü, meyitini səhrada gizlətdi

Baxış sayı: 2. 097 dəfə baxılıb.

Əqli qüsurlu sevgilisini öldürdü, meyitini səhrada gizlətdi

ABŞ-ın Pensilvaniya ştatının evli sakini məşuqəsini qətlə yetirməkdə şübhəli bilinir. 

Bununla bağlı “Daily Mirror” məlumat yayıb. 

İlkin məlumatlara görə, 39 yaşlı Con Çepmen 33 yaşlı sevgilisi Ceym Rey Fedendən Nevada ştatının  Las Veqas şəhərinə getməyi xahiş edib. 

Orada o, qızın əl və ayaqlarını bağlayarıb və məşuqəsini boğaraq, meyiti səhrada gizlədib. Qeyd edilib ki, qadının əqli çatışmazlığı olub.

İki ay Feden sevgilisini itkin düşmüş hesab edib, ancaq oktyabrın 5-də qadının cəsədi tapılıb. 

Qadının qohumlarının sözlərinə görə, Ceym itkin düşdükdən sonra kimsə onun sosial şəbəkə hesablarını idarə edib. Qadının ailəsi ondan bir neçə məktib alıb. 

Aparılan araşdırmalar zamanı bunun Çepmen olduğu müəyyənləşib.