Ərəb Bakıda qənaət etmək istədi, ancaq...

Ərəb Bakıda qənaət etmək istədi, ancaq…

Baxış sayı: 2. 857 dəfə baxılıb.

Ərəb Bakıda qənaət etmək istədi, ancaq...

Sirr deyil ki, ərəb turistlərin əksəriyyəti Bakıda istirahət dövründə yaşamaq üçün daha əlverişli yer tapıb. 

Ərəb turist Mohammed Abdulla Ahmed Əli Al-Əli puluna qənaət etmək üçün hoteldə otaq tutmaq əvəzinə, elan verilmiş evlərdən birini götürüb. 

ÇıxışYolu.Com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, turist paytaxtın Nəsimi rayonunda mənzil kirayələyib.

Ancaq bu evdə ərəbi qarət ediblər. O, polisə müraciət edib. 

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğrular yaxalanıb. 

Saxlanılan şəxslər Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov olublar.

Qeyd edək ki, onlar ərəbdən 300 dirhəm (138 manat) pul oğurlayıblar. Faktla bağlı araşdırmalar aparılır.

Ə.Ş.
www.ÇıxışYolu.Com