Ərəb Dövlətləri Liqasında Suriya əleyhinə - BƏYANAT

Ərəb Dövlətləri Liqasında Suriya əleyhinə – BƏYANAT

Baxış sayı: 2. 965 dəfə baxılıb.

Ərəb Dövlətləri Liqasının bu gün keçirilən sammitində Suriya hökuməti qınanıb.

ÇıxışYolu.Com xəbər verir ki, sammit iştirakçıları Suriyanı kimyəvi silahdan istifadə etməkdə ittiham edib və beynəlxalq araşdırma tələb ediblər.

“Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb”, – deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti bu gün Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib.

www.ÇıxışYolu.Com