Ərəb futbolçu İngiltərədə titul qoymadı – FOTO

Ərəb futbolçu İngiltərədə titul qoymadı – FOTO

Baxış sayı: 2. 747 dəfə baxılıb.

İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah “het-trik”ə imza atıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, İngiltərədə növbəti fərdi mükafatını qazanıb.

Misir millisinin oyunçusu İngiltərə Premyer Liqası tərəfindən mövsümün oyunçusu nominasiyasında qalib olub. O bu nominasiyaya namizəd olan belçikalı Kevin de Bröyne, Rahim Sterlinq (hər ikisi “Mançester Siti”), ispan David De Xea (“Mançester Yunayted”), Hari Keyn (“Totenhem”) və Polşa əsilli ingiltərəli Ceyms Tarkovskini (“Börnli”) qabaqlayıb.

Liverpool star Salah completed a hat-trick of Player of the Year awards on Sunday morning

Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona bir tur qalmış 35 oyuna 31 qol vurmuş Məhəmməd Salah üçüncü dəfədir ki, bu ölkədə qalib olur. O daha əvvəl Premyer Liqanın oyunçuları və ingiltərəli jurnalistlər tərəfindən ilin futbolçusu nominasiyasına yiyələnmişdi. Bundan başqa, 25 yaşlı Salah noyabr, dekabr, fevral və mart aylarının ən yaxşı oyunçusu seçilib.

Egyptian Salah takes a selfie on his mobile phone as he poses with his latest individual award

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com