Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri Yəmənin paytaxtı Səna şəhərində husilərə məxsus mövqelərə zərbələr endirib.
Məlumata görə, koalisiya qüvvələri, həmçinin Sənanın şimalında yerləşən əl-Dulaimi aviabazasındakı silah anbarlarını da hədəfə alıb.