Qətər NATO-ya üzv olmaq niyyətindədir.
ÇıxışYolu.Com AFP agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Qətərin müdafiə naziri Xalid İbn Məhəmməd əl-Attaiya məlumat verib.
“Əgər NATO ilə əməkdaşlığımız inkişaf etsə, əsas məqsədimiz tamhüquqlu üzv olmaqdır”, – o bildirib.
Nazirin sözlərinə görə, Qətər NATO-nun ixtisaslaşmış mərkəzlərindən birinə ev sahibliyi edə bilər.
Bununla yanaşı, o bildirib ki, Doha Rusiyadan S-400 zenit-raket komplekslərini alacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn terrorçuluğa dəstək məqsədilə Qətərlə diplomatik əlaqələrini kəsib və ona 13 maddəlik şərt irəli sürüb.