Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun törəməsinin Azərbaycandakı nümayəndəliyi – “Aramco Overseas Company Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb.
ÇıxışYolu.Com Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22-dir.
MMC-nin nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Husaindir.