Qətər ABŞ dəstəyindən məhrum olmaq istəmirsə, Suriyaya öz qoşunlarını göndərməlidir.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib.
O qeyd edib ki, əgər ABŞ Qətərə dəstəyini dayandırsa, bir həftə ərzində bu ölkədə hakimiyyət devriləcək.
Ötən ilin iyunundan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətəri terrorçulara dəstəkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi.