Ər-Riyad raket atəşinə tutuldu

Ər-Riyad raket atəşinə tutuldu

Baxış sayı: 2. 881 dəfə baxılıb.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri paytaxt Ər-Riyada buraxılmış raketi havada zərərsizləşdirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Səudiyyə Ərəbistanının hava məkanına daxil olan raket zərbəsinin kim tərəfindən buraxıldığı açıqlanmasa da, əsas şübhələr Yəməndən olan Huti üsyançılarına yönəlib.

Qeyd edək ki, Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsinə qərq olub. Ölkədə bir tərəfdə “Ənsər Alla”nın başçılıq etdiyi Husi üsyançıları digər tərəfdə prezident Əbd Rəbbu Mənsur Hadiyə sadiq hökumət qüvvələri savaşır.

Səudiyyə hava qüvvələri Huti üsyançılarının mövqelərinə aviazərbələr endirdiyindən, Ər-Riyad tez-tez qisas məqsədilə üsyançıların raket zərbələrinin hədəfinə çevrilir.

.
www.ÇıxışYolu.Com