Ərdoğan ABŞ-dan gələn təhlükədən danışıb

Ərdoğan ABŞ-dan gələn təhlükədən danışıb

Baxış sayı: 2. 722 dəfə baxılıb.

Türkiyəyə təhlükə ilk növbədə strateji tərəfdaşlarından – YPG-yə yardım edən ABŞ-dan gəlir.

ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalına verdiyi müsahibədə bildirib:

“Təhlükə hardandır? ABŞ-dan silah almağa pulumuz yoxdur. Lakin təəssüflər olsun ki, ABŞ terror təşkilatlarına təmənnasız olaraq silah və döyüş sursatları verir”.

O, sözlərinə əlavə edib ki, ABŞ Suriyanın şimalına 5 yük maşını silah göndərib.

Həmçinin Ərdoğan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsilə bağlı Amerikanı qınayıb.

www.ÇıxışYolu.Com