Türkiyənin ATV və A Haber telekanallarının ortaq canlı yayımına qatılan Prezident Rəcəb Tayyib Ərdoğan gündəmlə bağlı açıqlama verərək, ABŞ Konqresinin “erməni soyqırımı” qərarına reaksiya verib.
Ərdoğan ABŞ-la bağlı bəzi qərarlar verə biləcəyini açıqlayıb:
“Çox açıq deyəcəyəm, Amerikada hindilərlə bağlı olanları söyləməmək, danışmamaq mümkündür? Hindilərə qarşı edilənlər Amerikanın üz qarasıdır.
Ruandada fransızların törətdiyi qətliamları, Əlcəzairdə etdikləri soyqırımları bir kənara qoymaq mümkündür? Bunlar Senaqalda qul ticarəti ediblər.
Biz də bütün bunları dünya ictimaiyyətinə açıqlayacağıq. Bunlarla bağlı əlimizdə, arxivlərdə sənədlər var. Bunlarla bərabət müdafiədə deyil, hücumda olacağıq. Qərbin irqçilik və müstəmləkəçilik tarixi olduğunu üzə çıxaracağıq”.