Ərdoğan: ABŞ-ın Suriyadan geri çəkilməsinə başlanılıb

Baxış sayı: 2. 716 dəfə baxılıb.

Ərdoğan: ABŞ-ın Suriyadan geri çəkilməsinə başlanılıb

Türkiyənin Suriyanın şərqində keçirəcəyi hərbi əməliyyatlarla bağlı ABŞ Prezidenti Donald Trampla danışdıq.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, D.Trampın dediyi kimi, ABŞ-ın Suriyadan geri çəkilməsi prosesi başlanılıb.

R.T.Ərdoğan onu da əlavə edib ki, amerikalı həmkarı ilə, böyük ehtimalla, noyabr ayının ilk 15 günlüyündə görüşəcək.

Qeyd edək ki, Türkiyə və ABŞ liderləri arasında telefon danışığı olub.

Dövlət başçıları Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər.

Aqşin Kərimov