Amerika Birləşmiş Ştatları Suriyada terrorçu qruplaşmaları iri miqyasda silah-sursatla təchiz edir.
ÇıxışYolu.Com “Haberturk”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada etdiyi çıxışda səsləndirib.
“Əgər biz strateji tərəfdaşıqsa, ABŞ bizə hörmət etməli və bizə aldatmağa son qoymalıdır” deyə Ərdoğan bildirib.
“Siz Suriyaya silahla dolu 5 min yük maşını və döyüş sursatları ilə dolu 2 min konteyner göndərmisiniz. Deməli bizim sorğumuza rədd cavabı vermisiniz, terrorçu qruplaşmaları isə silahla təchiz etməyə davam etmisiniz. Burada hansı tərəfdaşlığdan söhbət gedir?” deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, bütün bu silahlar gec-tez Türkiyə ordusunun əlinə keçir.
“Biz içində silah anbarları olan tuneller aşkarlayırıq, silah-sursatla dolu evlər aşkarlayırıq, bütün bu obyektlər sonradan məhv edilir” deyə Ərdoğan əlavə edib.