Bu günün sonunadək Afrin terrorçulardan təmizlənə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muhtarlarla 46-cı görüşündə çıxışı zamanı bildirib.
“Afrində məhv edilən terrorçuların sayı 3444-dür. Arzumuz və diləyimiz odur ki, axşama qədər inşallah, Afrin tam təmizlənsin, azad olunsun. Xəbər gəldiyi anda da əvvəlcə mən, sonra siz birlikdə gedəcəyik” – deyən, Ərdoğan qeyd edib ki, Afrinin azad olunması və 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinin qarşısının alınmasına həsr olunan qələbə marşları yazılmalıdır.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com