Ərdoğan: Afrin tam nəzarətə götürülüb

Ərdoğan: Afrin tam nəzarətə götürülüb

Baxış sayı: 3. 328 dəfə baxılıb.

Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb.

ÇıxışYolu.Com “Anadolu”-ya istinadla xəbər verir ki, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:

 “Afrində terrorçuların çirkli və cırılmış bayraqarı deyil, azadlıq və sabitliyin rəmzi olan bayraqlar dalğalanır. Hazırda Afrində Türkiyə və Azad Suriya Ordusunun bayraqları dalğalanır”.  

Həmçinin Ərdoğan bildirib ki, Ankara regionda infrastrukturun bərpası üçün əlindən gələni edəcək:

“Suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün lazımi tədbirlər görəcəyik”.

www.ÇıxışYolu.Com