Türkiyə Suriyanın İdlib bölgəsinə son dövrün ən böyük ağır hərbi texnikasını göndərib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Hürriyet” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu barədə qərar Soçidə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüşdən öncə qəbul edilib.
Tank və digər zirehli texnikanı daşıyan 50 nəqliyyat vasitəsindən ibarət konvoy Cisr Əl-Şuqur şəhərinə çatıb. Burada Türkiyə ordusunun 12 blok-postu var.
Xatırladaq ki, sentyabrın 17-də R.T.Ərdoğan rusiyalı həmkarı V.Putinlə İdlibdəki vəziyyəti müzakirə ediblər.
Şimal-qərb vilayəti hazırda Suriya ərazisində müxalif qüvvələr tərəfindən nəzarət edilən ən böyük regiondur.