Avropa xalqları Türkiyə və türk xalqının səyləri hesabına bu gün sülh və təhlükəsizlik şəraitində yaşayır.
“Anadolu”nun məlumatına görə, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Lakin biz daim belə qurbanlar verməyə hazır deyilik. Türkiyədə sığınacaq tapan suriyalı qardaşlarımız tezliklə yurd-yuvalarına qayıtmaq istəyirlər”, – deyə o vurğulayıb.
Ərdoğan qeyd edib ki, Suriyanın İdlib, Afrin və Cerablus rayonlarına artıq 311 min suriyalı qaçqın qayıdıb. Onun sözlərinə görə, bu bölgələrdə təhlükəsizliyi Türkiyə təmin edib.
Türkiyə prezidenti əlavə edib ki, Ankara İdlibi tam təhlükəsiz etməyi təklif edir və bu məqsədlə Rusiya və İranla dialoq qurub.