2cd20275-c0d3-4e6b-a1d4-c112afd765c2..jpg

Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün vacib şərtləri açıqladı – YENİLƏNİB

Baxış sayı: 697 dəfə baxılıb.

Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün vacib
şərtləri açıqladı – YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla görüşündə Azərbaycan – Ermənistan münasibətlərinin
normallaşması prosesi də müzakirə olunub.

Məlumata görə, Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli
sülh sazişinin tezliklə imzalanmasının normallaşma prosesi üçün vacib olduğunu
vurğulayıb.

Həmçinin, Türkiyə və Azərbaycan arasında ticarət həcmini hədəflənən 15 milyard
dollara çatdırmaq üçün səylərin davam etdirilməsi lazım olduğunu deyən
Prezident Ərdoğan, enerji və nəqliyyat sahələrində birlikdə hərəkət etmənin,
tam əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu qeyd edib.

Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan dövlət
başçısı bu yollardan daha səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkib.

Mənbə: Anadolu

18:14

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat yayıb.

Cixisyolu.com xəbər verir ki, qurumdan bildirilib ki, görüşdə iki ölkə arasında
ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən
hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

16:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov arasında görüş baş tutub.

Görüş Türkiyə prezidentinin iqamətgahında keçirilib.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, türkiyəli həmkarı
Hakan Fidanla görüşüb və birgə mətbuat konfransı veriblər.

Source link