Avropanın TANAP-la qaz təchizatı 2019-cu ilin iyun ayından etibarən başlayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
“Energetika bir əməkdaşlıq sferasıdır, qarşıdurma deyil. TANAP- bunun bariz nümunəsidir.
Qaz-boru xəttinin ilkin buraxıcılıq qabiliyyətinin ilə 16 milyard kub metr təşkil edəcəyi gözlənilir, bundan 10 milyarda yaxını Avropaya nəql olunacaq.
TANAP-la Yunanıstan sərhədinə ilk qaz tədarükünün 2019-cu ilin iyun ayında gerçəkləşməsi planlaşdırılır”, -deyə Türkiyə lideri bildirib.