Heç kimə vətənimizi – Türkiyəni bölməyə imkan verməyəcəyik.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə Afrində aparılan “Zeytun budağı” əməliyyatında, bütövlükdə isə terror və terrorçulara qarşı mübarizəsində qəralıdır və heç bir qüvvə onu öz yolundan döndərə bilməyəcək.
“Afrində baş verənlər Türkiyənin öz qərarlılığından geri dönməyəcəyini, heç bir əngəl tanımadığını ortaya qoydu.
Heç kimə vətənimizi – Türkiyəni bölməyə imkan verməyəcəyik.
Heç kimsəni dinimizə əl, dil uzatmağa qoymacağıq.
Biz Azana uzqanan əlləri qıracağıq”, – deyə Ərdoğan sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com