Sərhədlərimiz boyunca “terror dəhlizi” yaratmaq istəyənlərin bəslədiyi qatillərin başını elə öz yuvalarındaca əzdik. “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları ilə “terror dəhlizi”ni parçaladıq. Sadəcə, ölkəmizin təhlükəsizliyi deyil, qonşularımızın, dostlarımızın, könül coğrafiyamızın sabitliyi də bizim məsələmizdir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda AKP-nin VI konqresində çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyənin təhlükəsizliyini hədəf alan bütün məkrli planlar necə böyük bir qərarlılıqla alt-üst edildisə, bundan sonra da eyni qərarlılıqla alt-üst ediləcək.
“Cudidə, Gabarda, Tendürekdə, Bestler Dərəsində biz vardıq. Ehtiyac olduğu zaman Kandildə idik.
Düz yuvalarına girdik və terrorçuları tam tərksilah etdik.
Odur ki, terrora, terrorçulara qarşı bir olacağıq, birgə mübarizə aparacağıq.
Böyük olacağıq, diri olacağıq, qardaş olacağıq və birlikdə bütöv Türkiyə olacağıq.
Bütün kirli, məkrli oyunları birlikdə alt-üst edəcəyik”, – deyə Ərdoğan əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com