Ərdoğan ermənilərə başsağlığı verdi

Ərdoğan ermənilərə başsağlığı verdi

Baxış sayı: 2. 497 dəfə baxılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərə başsağlığı məktubu göndərib.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Məlumata əsasən, R. T. Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini bildirib, onların övladlarına və nəvələrinə başsağlığı verib.

“Bu gün biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir. 

İnşallah, qarşıdakı dönəmdə sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm.

Bir daha Birinci Dünya Müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm”.

.
www.ÇıxışYolu.Com