Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib.
ÇıxışYolu.Com Anadolu-ya istinadla xəbər verir ki, Türkiyə dövlət başçısı Fransa prezidentinin yaxın zamanlarda PYD nümayəndələri ilə görüşünü xatırladıb:
“Siz terrorçuları dəstəkləyir və onlarla Yelisey sarayında görüşürsünüz. Almaniyada baş verənləri görürsünüz? Oxşar hadisələr Fransada da baş verə bilər. Qərb nə qədər terrorçuları dəstəkləsə, onların fəaliyyətlərinin miqyası da o qədər geniş olacaq”.