f41e10f7-0852-4708-908a-400794b45eca..jpg

Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı: “Onlara 2 illik faizsiz kredit verəcəyik”

Baxış sayı: 999 dəfə baxılıb.

Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı: “Onlara 2 illik faizsiz
kredit verəcəyik”

“Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan
Qaradəniz qazının ölkəmizə veriləcəyi qazancla gələcəyimizə sərmayə qoyacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan ailə və gənclik bankının yaradılacağını qeyd edib.

“Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək
tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə
birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.

Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin
olunmalarını asanlaşdıracağıq.

Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri
üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik
və bununla da onları evliliyə həvəsləndirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global

Source link