c4fc3d15-021e-4915-922c-0ad2dbafb14d..jpg

Ərdoğan: “İsveçin NATO-ya üzv olmasına müsbət baxmırıq”

Baxış sayı: 868 dəfə baxılıb.

Ərdoğan: “İsveçin NATO-ya üzv olmasına müsbət baxmırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda yerli jurnalistlərin
suallarını cavablandırıb.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərində namizədliyinə heç bir
əngəlin olmadığını bildirib.

O, Qara dənizdən çıxarılacaq təbii qazın cari ilin ilk rübündə ölkə
istehlakçılarına çatdırılacağını təsdiqləyib.

Finladiya və İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunan Türkiyə Prezidenti
Helsinkidən fərqli olaraq, Stokholmun Alyansa qatılmasına müsbət baxmadıqlarını
dilə gətirib.

O, həmçinin Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində ölkəsinin
göstərdiyi səylərin dünya dövlətləri tərəfindən dəstəklənəcəyini gözlədiklərini
qeyd edib.

Mənbə: Haber Global

Source link