Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
“Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aperteid dövlətinin baş naziridir
Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.
İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun”, – deyə Ərdoğan “Twitter” səhifəsində yazıb.