Ərdoğan prezidentliyə namizədi məhkəməyə verib

Ərdoğan prezidentliyə namizədi məhkəməyə verib

Baxış sayı: 2. 290 dəfə baxılıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Xalq Cumhuriyyət partiyasından (CHP) olan prezidentliyə namizəd Məhərrəm İncəni məhkəməyə verib.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb siyasətçinin Ərdoğanın  2001-ci ildə ABŞ səfəri zamanı Fətullah Gülənə baş çəkməsi ilə bağlı iddia irəli sürməsidir.

Türkiyə hökuməti Güləni 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhdin təşkilində ittiham edir.

Balıkesirdə seçki kampaniyası çərçivəsində tərəfdarları qarşısında çıxış edən İncə Türkiyə prezidentinə səslənərək “2001-ci ildə öz partiyanı yaradan zaman Pensilvaniyaya icazə almaq üçün getmişdin?”, – deyə bildirib.

“Şübhəli şəxsin mitinqdə səsləndirdiyi iddia ölkə prezidentinə ciddi həqarətdir və həqiqəti əks etdirmir”, – deyə Ərdoğanın vəkili Hüseyn Aydının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində deyilir.

Şikayətçi tərəf İncədən qalmaqallı bəyanatına görə 100 min lirə təzminat istəyir.

Ərdoğan “Habertürk” telekanalının efirində,  “Pensilvaniyaya gedib kimdənsə icazə alacaq dərəcədə alçaq bir siyasətçi olmadığını” söyləyib.

.
www.ÇıxışYolu.Com