Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Pyotr Poroşenko ilə ayrı-ayrılıqda telefon söhbəti edib.
ÇıxışYolu.Com “Yeni Şafak”a istinadən xəbər verir ki, söhbət zamanı son günlər Rusiya və Ukrayna arasında yaşanan gərginlik müzakirə olunub.
Yaşanmış insidentdən narahatlığını ifadə edən Türkiyə prezidenti problemin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.