Ərdoğan, Putin və Ruhaninin görüşünün vaxtı dəqiqləşdi

Ərdoğan, Putin və Ruhaninin görüşünün vaxtı dəqiqləşdi

Baxış sayı: 3. 289 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti görüşü gözlənilir.

Suriya məsələsinin müzakirəsi bu görüşün əsas prioriteti olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, Zirvə görüşü aprelin 4-də baş tutacaq və ev sahibliyini Rəcəb Tayyib Ərdoğan edəcək.

İstanbulda keçiriləcək görüşdə Suriya ilə yanaşı, bölgənin digər siyasi, iqtisadi problemləri də müzakirə olunacaq.

Görüş çərçivəsində Türkiyə-Rusiya Yüksək Səviyyəli Əlaqələr Şurasının da baş tutması gözlənilir.

www.ÇıxışYolu.Com