Ərdoğan Putindən xahiş etdi: Dənizçiləri azad edin

Baxış sayı: 2. 336 dəfə baxılıb.

Ərdoğan Putindən xahiş etdi: Dənizçiləri azad edin

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Kerç boğazındakı insidentdən sonra əsir götürülmüş ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Kerç boğazındakı insidentdən sonra mən hər iki tərəflə – əvvəlcə Putinlə, sonra isə Poroşenko ilə telefonla və daha sonra Argentinada (G-20 sammitində) danışdım. Putindən dənizçiləri azad etməsini xahiş etdim. Hadisələrin necə cərəyan edəcəyini gözləyək və ümid edək ki, hər şey xoş qarşılanacaq. Bildiyim qədər, hazırda hadisənin araşdırılması prosesi gedir və ondan sonra yekun qərar veriləcək. Biz bu cür məsələlərdə yalnız xahiş edə bilərik, ondan irəliyə gedə bilmərik”, – deyə Ərdoğan jurnalistlərə bildirib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.