Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edib

Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edib

Baxış sayı: 3. 377 dəfə baxılıb.

Rusiya, Türkiyə və İran liderləri Suriya ilə bağlı sammitə hazırlıq prosesini  telefon söhbətində müzakirə edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Kremlin rəsmi  internet səhifəsində məlumat yayılıb.

“Ankarada aprelin əvvəlinə nəzərdə tutulan Rusiya və Türkiyə arasında yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclası və Astana prosesinin zamin dövlətləri: Rusiya, Türkiyə və İran arasında ikinci sammitə hazırlıqların gedişatı müzakirə olunub” deyə məlumatda qeyd olunur.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon danışığında bir daha Rusiyalı həmkarına Kemerovo ticarət mərkəzində baş vermiş dəhşətli yanğınla əlaqədar başsağlığı verib.

Bundan əvvəl Putin Suriya məsələsini Qətər əmiri ilə müzakirə edib.

www.ÇıxışYolu.Com