Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Daha öncə Ərdoğan bəyan etmişdi ki, sentyabrın sonunda baş tutacaq Almaniya səfərindən sonra Putinlə görüşməyə hazırdır.
“Aramızda fikir ayrılığı mövcuddur və biz bunu XİN, MN, kəşfiyyat rəhbərliyi səviyyəsində müzakirə edirik”, – Ərdoğan deyib.
Qeyd edək ki, iki dövlət başçısının sonuncu görüşü Tehranda baş tutub.