Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib.
ÇıxışYolu.Com xəbər verir ki, bir həftə ərzində onun səlahiyyətlərini vitse-prezident Fuad Oktay icra edəcək.
Prezidentin bununla bağlı qərarı “Resmi gazete”də dərc edilib.
Buna səbəb kimi prezidentin noyabrın 28-dən dekabrın 4-dək Paraqvay və Venesuelaya bir həftəlik səfəri göstərilib.