df570faa-e189-4226-a817-b1352d0eef89..jpg

Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcək

Baxış sayı: 1. 013 dəfə baxılıb.

Ərdoğan sabah səhər saatlarında zəlzələ baş vermiş əraziyə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarında zəlzələ
bölgəsinə gedəcək.

Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili
Yakup Taşın ailəsinə başsağlığında bildirib.

“Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah
səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm”, – Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər
yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10
vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən
yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Məndə: Habertürk

Source link