Şimali İraqı (“İraq Kürdüstanı” nəzərdə tutulur – red.) PKK-lı terrorçuların başına uçuracağıq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Afrindən sonra Münbiçi də təmizləyəcəyik, Fəratın şərqini də.
Şimali İraqı sərhədlərimizə qədər terrorçulardan təmizləyəcəyik.
Onsuz da hər fürsətdə Şimali İraqdakı terror yuvalarını aşkarlayır, məhv edirik.
Amma çox yaxın zamanlarda daha güclü şəkildə oraları terrorçuların başına uçuracağıq”, – deyə Ərdoğan əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com