Ərdoğan “Skripalın işi”ndə Moskvanı dəstəkləyib

Ərdoğan “Skripalın işi”ndə Moskvanı dəstəkləyib

Baxış sayı: 2. 723 dəfə baxılıb.

Türkiyə hökuməti Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsi fərziyyəsinə əsaslanaraq, Rusiyaya qarşı  münasibətdə heç bir tədbir görməyəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bəyanat verib.

Türkiyənin “Hürriyyət” qəzeti çərşənbə günü prezidentin “Bəzi ölkələrin fərziyyələrə əsaslanaraq tədbirlər görməsi o demək deyil ki, biz də onlar kimi hərəkət edəcəyik” sitatını dərc ediblər.

Nəşriyyat xatırladır ki, martın 26-da Türkiyə Xarici İşlər Nazirliyi bəyanat dərc edərək S.Skripalın Britaniyanın Solsberi şəhərində zəhərlənməsini qınayıb. Bununla yanaşı, bəyanatda Türkiyə XİN Rusiyanın adını çəkmir. 

Bu həftə 25-dən çox ölkə Solsberi hadisəsi ilə əlaqədar 150-dən çoxu rusiyalı diplomatı geri göndərib. Bu hadisəyə görə məsuliyyət Moskvanın üzərinə qoyulub. Rusiya isə bu ittihamı qəti şəkildə rədd edir.

Əli Məmmədov
www.ÇıxışYolu.Com