Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan TRT telekanalında çıxışı zamanı bəyan edib ki, təxribatlara baxmayaraq, ölkəsi Afrində PKK/PYD-YPG və İŞİD terror təşkilatları üzvlərinin neytrallaşdırılması məqsədilə başladılan “Zeytun budağı” hərəkatını davam etdirir.
ÇıxışYolu.Com-ın məlumatına görə, Ərdoğan, mədəniyyət və incəsənət sahəsi üzrə xüsusi mükafatlar təqdimatı mərasimindəki nitqində bildirib ki, bu gün səhər əməliyyat gedişi zamanı zərərsizləşdirilmiş terrorçuların sayı 1829-a çatıb.
“Bu, inamın nəticəsidir. Bəzən səhv məlumat yaranır. Buna baxmayaraq, biz öz yolumuzu davam edirik. Bizim hərbçilər istənilən şəraitdə – gündüz və gecə bu mübarizəni davam etdirirlər”, – Ərdoğan qeyd edib.