Ankara Suriya kürdlərinin özünümüdafiə qüvvələri ilə danışıqlar aparmaq niyyətində deyil.
“RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib:
“Biz terrorçuları terrorçu adlandırmağa davam edəcəyik. Biz heç vaxt <…> terror təşkilatı ilə danışıq masasında oturmamışıq və heç vaxt da oturmayacağıq”.
Türkiyə lideri “Barış pınarı” əməliyyatını günahkarlarla həmrəylikdə qınayan Qərb ölkələrini də günahlandırıb.