5a2b23f8-c0f5-432f-baa9-123b6990bc9e..jpg

Ərdoğan Türk Dövlətləri Təşkilatı liderlərilə danışıb

Baxış sayı: 2. 617 dəfə baxılıb.

Azərbaycan və Türkiyə prezidentləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin liderlərilə telefon vasitəsilə əlaqə saxlayıb.

Bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.

Söhbət zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə edilib.

Dövlət başçısı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı
ölkədə cərəyan edən proseslərdən narahatlığını dilə gətirib və yeni hökumətin
tezliklə qurulmasının vacibliyini vurğulayıb. Ərdoğan Tokayevə Türkiyənin lazım
gələrsə, təcrübə və texniki biliklərini Qazaxıstanla bölüşməyə hazır olduğunu
bildirib.

Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət
başçıları İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyevlə söhbəti zamanı
Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu
ifadə edib.

Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.

Mənbə: TASS

Source link