04dad6a7-82e5-4a24-a79b-8383dfa01d71..jpg

Ərdoğan: “Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə çevirənə qədər çalışacağıq”

Baxış sayı: 1. 300 dəfə baxılıb.

Ərdoğan: “Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə
çevirənə qədər çalışacağıq”

“Uğurlarımızda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq,
ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri Cümhuriyyət
meydanında keçirilən mitinqdə xalqa müraciəti zamanı deyib.

Ərdoğan son 20 ildə əldə edilən nailiyyətlər barədə danışıb.

“Son 20 ildə Türkiyəyə birlikdə xidmət etdik. Əvvəllər ağlagəlməyən çoxlu
layihələri reallaşdırdıq, gözəl işlər ərsəyə gətirdik.

Hətta zəlzələyə baxmayaraq, təqaüdçülərini, işçilərini, məmurlarını
inflyasiyaya əzdirməyən Türkiyə varsa, buna sizlərlə birlikdə, çiyin-çiyinə
dayanaraq nail olduq.

Bu uğurda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq,
ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var. Bu uğurda
son 21 ildə dualarını, dəstəyini əsirgəməyən bütün bacı-qardaşlarımızın payı
var. Bu uğur təkcə bizim deyil, bütün 85 milyon insanın uğurudur. İnşallah,
mayın 14-dən etibarən bunlara yenilərini əlavə edəcəyik. Türkiyəni dünyanın ən
böyük iqtisadiyyatına malik 10 ölkədən biri edənə qədər dayanmadan çalışacağıq.
Biz bunu son 21 ildə etdiyimiz kimi birlikdə edəcəyik”, – deyə Rəcəb Tayyib
Ərdoğan qeyd edib.

Türkiyə prezidenti gənclərin rifahı ilə bağlı atılan addımlardan da bəhs edib.

“Biz gənclərimizi həqiqətən sevməyin necə ola biləcəyini göstərdik.
Gənclərimizin təhsilindən işlə təmin olunmalarına, öz işlərini qurmalarından
evliliklərinə qədər qrant və kreditlərlə hər addımlarında yanlarında olacağıq”,
– deyə Ərdoğan bildirib.

“Artıq Avropadan da yaxşı səhiyyə sisteminə, sosial təminat sisteminə,
rəqəmsal infrastruktura, elektron hökumətə malikik. Artıq öz sahəsində dünyanın
ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş İHA, SİHA, “Akıncı”lara,
“Kızılelma”lara və ANKA-lara sahibik.

Donanmamızın flaqmanı olan “TCG Anadolu” gəmisini ordumuza təslim etdik.

Artıq rəsmi olaraq nüvə enerjisinə sahib olan ölkələr liqasına yüksəlmişik.

Biz ölkəmizin bütün bu imkanlarını günü-gündən təkmilləşdiririk”, – deyə
Ərdoğan vurğulayıb.

Mənbə: TRTHaber

Source link