Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının növbəti günündə “Millliyətçi Hərəkat Partiyası”nın sədri Dövlət Baxçalı ilə bir araya gəlib.
“Haber Global”ın məlumatına görə, siyasətçilər birlikdə iftar açıblar.
İftar prezident iqamətgahının “Özbək otağı”nda baş tutub.
Xatırladaq ki, dünən Türkiyə prezidenti iftar mərasimini üç uşaqlı bir ailənin evində keçirib.