Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı iki ölkə arasında iqtisadi və ticarət münasibətlərini müzakirə ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RİA Novosti-yə türk liderin administrasiyasındakı mənbə bildirib.
“Bu gün prezidentimiz Bayburtda tədbirlər zamanı rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Liderlər ikitərəfli ticari-iqtisadi münasibətlər haqqında rəy mübadiləsi aparıb, həmçinin regional vəziyyəti müzakirə ediblər.
Onlar məmnunluqla qeyd ediblər ki, bu münasibətlər müsbət axarda inkişaf edir. Liderlər həmçinin sənaye və energetika sahələrində əməkdaşlığı müsbət qiymətləndiriblər”, – deyə, agentliyin müsahibi bildirib.