Ərdoğan və Tramp telefonda danışdı

Baxış sayı: 2. 431 dəfə baxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışıb.

Bu barədə dövlət başçıları özlərinin “Twitter” səhifələrində yazıblar.

Ərdoğanın paylaşımında deyilir:

“Hörmətli Tramp ilə ikitərəfli məsələləri müzakirə etdik. Eləcə də, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı da fikir mübadiləsi apardıq”.

Ərdoğan və Tramp telefonda danışdı

Trampın paylaşımda isə yazılıb:

“Cənab Prezident, bəşəriyyətin əzəli düşməni olan terrorizmi məğlub etdikdə daha çox həyat xilas olacaq. Əminəm ki, göstərdiyimiz səy bölgədə sülh və sabitliyin yaradılmasına kömək edəcək”.

Ərdoğan və Tramp telefonda danışdı