İstanbulda Türkiyə-Əfqanıstan-Pakistan sammiti keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistan baş naziri İmran Xanla keçirdiyi birgə brifinqdə bəyan edib.
O bildirib ki, sammit Türkiyədə bələdiyyə seçkilərindən (31 mart) sonra keçiriləcək.
Pakistan baş naziri isə bu sammitin uğurlu olacağına inandığını bildirib.
“Əfqanıstan xalqı 30 ildən çoxdur əziyyət çəkir. Beynəlxalq birlik və əfqan torpağına sülh gətirə biləcək hər kəs Əfqanıstana kömək etməlidir”, – deyə o vurğulayəb.