Ərdoğandan Lavrova cavab: PKK kürd xalqı deyil

Baxış sayı: 3. 320 dəfə baxılıb.

Ərdoğandan Lavrova cavab: PKK kürd xalqı deyil

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya XİN rəhbəri Sergey Lavrovun son bəyanatını şərh edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb. O, Lavrovun kürdlərlə bağlı bəyanatının səhv olduğunu deyib.

“PKK ilə əlaqəli bütün qruplaşmalar terrorçu qruplaşmalardır. Lavrovun bəyanatı səhvdir. Türkiyəni kürd xalqının düşməni kimi qələmə vermək düzgün deyil, çünki PKK kürd xalqı deyil”, – deyə Ərdoğan NTV telekanalına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Lavrov bir müddət əvvəl Vyetnam və Çin telekanallarına verdiyi açıqlamada Rusiyanın Suriyanın şimal-şərqindəki kürd problemi ilə bağlı narahatlıqlarını anladığını bildirsə də, orada döyüşən kürd birləşmələrdən hansılarının terrorçu qruplaşma kimi qəbul olunması baxımından Ankara ilə Moskva arasında ziddiyyətlərin olduğunu qeyd etmişdi.