Türkiyə və ABŞ prezidentləri arasında telefon söhbəti olub.
ÇıxışYolu.Com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
Bildirilir ki, söhbət zamanı Suriya və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.
“Biz İŞİD-i, Suriyadakı fəaliyyətimizi, ABŞ qoşunlarının oradan tədricən və koordinasiyalı şəkildə çıxarılmasından danışdıq”, – deyə Tramp vurğulayıb.